Press "Enter" to skip to content

Qida təhlükəsizliyi

!Reklam – Sol

Qida məhsullarının təhlükəsizliyi

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini qəbul etdi

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – May 05, 2022 – 14:02

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, layihəni parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. 9 fəsil, 40 maddədən ibarət olan bu qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur. Layihədə göstərilir ki, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması sahələri dövlət tərəfindən tənzimlənir. Qanun layihəsində qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub. Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Qida təhlükəsizliyi

Bir çox insanlar üçün, qida təhlükəsizliyi məsələsi müvafiqdir, çünki təzə, faydalı və ən əsası yüksək keyfiyyətli yeməklərdən istifadə etmək çox vacibdir. İnsanlar istifadə edən qida, sağlamlıq, səmərəlilik, psixoloji vəziyyət, uzunömürlülük və s.

Qida keyfiyyəti və təhlükəsizliyi

Bu günə qədər istehsalın hər mərhələsində məhsulun keyfiyyətini sanki saxlamağa yönəlmiş çox sayda standart var.

2 göstərici var:

  1. Sanitariya keyfiyyəti. Bu məhsulda cisimə zərərli maddələr olmadığı və ya onların miqdarı icazə verilən səviyyədən artıq olmadığını göstərir.
  2. Epidemiya təhlükəsizliyi. Bu konsepsiya patogen mikroorqanizmlər tərəfindən çirklənmə məhsulundakı olmamasını təsdiqləyir.

Ərzaq məhsullarının qida təhlükəsizliyi onların oksidləşmə və mikrobioloji cəhətdən parçalanması ilə bağlıdır. Bunun üçün istehsalçılar konservantlardan, antioksidantlardan və müxtəlif asidifikadan istifadə edirlər. Düzgün seçilmiş kompozisiya, keyfiyyətli emal, qablaşdırma və saxlama yüksək keyfiyyətli məhsullar əldə etməyə imkan verir.

Qida Təhlükəsizliyi

Uzun müddət təzəliyini və keyfiyyətini qorumaq üçün onları qıvranmadan qoruyan çox vacibdir:

  1. Hazır yeməklər . Bu məhsulları soyuducuda 3 gündən çox olmayan yerdə saxlamayın. Sanitariya-gigiyenik tələblərə riayət etmək çox vacibdir. Məsələn, saxlanılan yer və yeməklər təmiz olmalıdır, yemək digər yemək məhsulları ilə əlaqəli olmamalıdır.
  2. Ət və balıq. Soyuducuda saxlanılan yarımfabrikat məhsullar maksimum təzəliyi 2 günə qədər qənaət edəcəkdir. Təzə məhsullar 3 gündür. Dondurucuda zaman əhəmiyyətli dərəcədə artır.
  3. Tərəvəz və meyvələr . Otaq temperaturunda məhsulun təravəti 3 gündən çox olmayacaq.

ISO 22000:2018. “Qida təhlükəsizliyinin idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartı

Hər bir ölkənin qida təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Qida təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. Qida təhlükəsizliyi probleminin beynəlxalq miqyas alması xüsusilə qloballaşma fonunda daha qabarıq şəkildə özünü göstərir.

Hazırda beynəlxalq iqtisadi münasibətlər sisteminin qloballaşması nəticəsində artıq qida təhlükəsizliyi problemi ayrı – ayrı ölkələrin sərhədlərini aşaraq bütövlükdə beynəlxalq aləmin aktual probleminə çevrilmişdir. Bunu nəzərə alaraq BMT yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bir çox dövlətlərin iqtisadi təcrübəsində qida təhlükəsizliyi və onun hədlərini təhlil edilmiş və bununla bağlı çoxsaylı standartlar və normativ sənədlər qəbul olunmuşdur.

Qida məhsullarının кeyfiyyətinin yüкsəldilməsini və onun təhlükəsizliyini təmin edən normativ sənədlər sistemində ISO 22000 “Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri. Qida məhsulları zəncirində iştirak edən bütün təşkilatlara olan tələblər” adlı beynəlxalq statuslu standart əsas yerlərdən birini tutur.

Bu standart 2005-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən beynəlxalq statuslu standart kimi qəbul edilib.

Bir çox ölkələr bu standartı milliləşdirmiş və özlərinin standartlar bazasına daxil etmişlər.

Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş aşağıdakı əsas elementləri özündə əks etdirir:

  • interaktiv informasiya mübadiləsi;
  • idarəetmə sistemi;
  • ilkin vacib şərtlər proqramı;
  • HACCP prinsipləri.

ISO 22000 standartının prinsipləri

ISO 22000 aşağıdakı prinsiplərə əsaslanır:

  • bioloji, kimyəvi və fiziki olaraq bütün potensial qida təhlükələrinin müəyyənləşdirilməsi;
  • xammal, anbarlar, istehsal prosesi, çatdırılma və istehlak mərhələlərində kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi;
  • kritik limitlərinin müəyyənləşdirilməsi;
  • kritik nəzarət nöqtələrinin monitorinqi;
  • düzəldici fəaliyyətlərin müəyyənləşdirilməsi;
  • qeydlərin aparılması;
  • sistemin müstəqil üçüncü tərəf vasitəsilə sistematik olaraq yoxlanılması.

2018-ci ilin iyununda standartının yeni versiyası nəşr edilib. Yeni versiyada əvvəkli 2005-ci il versiyası ilə müqayisədə kifayət qədər ciddi dəyişikliklər edilib.

Yeni versiya idarəetmə sistemi standartları üçün əsas olan ümumi struktura uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq standartın maddələrinin sayı 10-a çatdırılıb.

Yeni versiyada risk-əsaslı düşüncə anlayışından istifadə olunub. Riskin qida müəssisələri üçün əhəmiyyəti nəzərə alınaraq qida təhlükəsizliyi idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrin nail olunması və neqativ nəticələrin qarşısının alınması üçün səylərin risk və imkanlara yönəldilməsinin vacibliyi qeyd edilib.

Həmçinin əvvəlkil verisya ilə müqayisədə yeni versiyada əsas anlayışlar dəqiqləşdirilib (risklərin idarə edilməsi üçün zəruri olan kritik nəzarət nöqtələri, operativ proqramlar, risklərə dair yanaşma, məhsulun qaytarılması və geri çağırılması və s.). Hazırda dünyanın bütün inkişaf etmiş ölkələri ISO 22000 beynəlxalq standartını tanıyır və qida zəncirində iştirak edən təşkilatlar qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi zamanı ondan istifadə edirlər.

ISO 22000 standartının tətbiqinin faydaları

  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olunması;
  • önləyici tədbirlərdən istifadə edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsi;
  • qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətlərin müəyyən edilməsi;
  • ümumi istehsalda itilərin və zay məhsulun payının azaldılması;
  • ISO 9001 və HACCP ilə inteqrasiya üçün əlavə imkanların yaranması;
  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • yeni satış bazarlarına çıxış imkanlarının artması;
  • istehsal edilən məhsulun rəqabət qabiliyyətinin artması;
  • investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması.

Comments are closed, but trackbacks and pingbacks are open.